Zakir Həsənov sülhməramlıların yeni rəhbərini qəbul etdi
    • 4-05-2023, 15:07
    • 237

Zakir Həsənov sülhməramlıların yeni rəhbərini qəbul etdi

Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

News24.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub