Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü
    • 28-09-2021, 17:25
    • 588

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.