Saakaşvili ölümdən döndü - FOTO
    • 4-05-2023, 15:44
    • 172

Saakaşvili ölümdən döndü - FOTO

Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili Tiflisdəki "Vivamed" tibb mərkəzində olarkən huşunu itirib.

O, yerə yıxılarkən başı dəmir masaya dəyib.

News24.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi mayın 3-də özünün "Facebook" səhifəsində məlumat verib.

Saakaşvili möcüzəvi şəkildə ölümdən döndüyünü qeyd edib.

O, vaxtında köməyə görə həkimlərə təşəkkür edib. Eks-prezident bildirib ki, aprelin 29-dan bəri üçüncü dəfədir huşunu itirir. Onun qanında kaliumun səviyyəsi aşağı düşüb və həkimlər lazımi tibbi yardım göstərirlər.