İtaliya XİN başçısı Parisə səfərini ləğv edib
    • 4-05-2023, 19:40
    • 224

İtaliya XİN başçısı Parisə səfərini ləğv edib

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani Fransanın paytaxtı Parisə səfərini ləğv edib.

News24.az  TASS-a istinadən xəbər verir ki, bu qərar Fransanın daxili işlər naziri Jerald Darmanenanın İtaliya hökumətinin qeyri-qanuni miqrasiya probleminin öhdəsindən gələ bilməməsi ilə bağlı açıqlamasından sonra qəbul edilib.

Səfər çərçivəsində İtaliya XİN rəhbəri fransalı həmkarı Ketrin Kolonna ilə görüşməli idi.

“Nazir Kolonna ilə planlaşdırılan görüşüm üçün Parisə getməyəcəyəm. Nazir Jerald Darmanenanın İtaliyaya və ölkəmizin hökumətinə və qarşı səsləndirdiyi təhqirlər qəbuledilməzdir”, - A.Tayani tviterdə yazıb.

O əlavə edib ki, ümum-Avropa problemləri bu şəkildə həll edilməməlidir.