-
- 5-05-2023, 12:27
- 337
Ermənilər ŞOKDA: Hər şey bitdi, “Qarabağ Azərbaycandır” deyək, vəssalam!
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda 4 gün davam edən görüşünün yekun nəticələri qısa olaraq açıqlandı. Xarici İşlər Nazirliyindən bildirildi ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Detallar hər kəs üçün maraqlıdır.
News24.az xəbər verir ki, Ermənistan mediası diplomatik mənbələrə istinadən məlumatlar tirajlayır.
“Hraparak” nəşri xarici mənbələrdən müəyyən məlumatların əldə edildiyini yazıb.
“Vaşinqtonda davam edən danışıqlar erməni cəmiyyəti üçün qapalıdır, bizə xarici mənbələrdən məlumatlar daxil olur. Buna baxmayaraq, rəsmi bəyanatlardan ekspert icmasında belə bir fikir formalaşıb ki, Qarabağ məsələsi artıq danışıqlar masasında deyil, Ermənistan hakimiyyəti Qarabağın “statusu”nu və “öz müqəddəratını təyinetmə” hüququnu müzakirə etmir. Dövlət Departamentinin rəhbəru Entoni Blinken açıq mətnlə bəyan edib ki, tərəflər hər iki ölkədə “etnik azlıqlara” necə davranılması məsələsinin mühüm yer tutduğu hərtərəfli sazişi müzakirə edirlər.
Başqa sözlə, Qarabağ və Qarabağ erməniləri sırf “etnik azlıqların hüquqları” nöqteyi-nəzərindən nəzərdən keçirilir. İndi problem birbaşa Ermənistanla bağlıdır. Hakimiyyətin verdiyi mesajlar da belədir ki, onlar “Qarabağın müstəqilliyi” yox, “Ermənistanın mövcudluğu” ilə bağlı danışıqlar aparır. Belə görünür ki, İrəvanın Qarabağ məsələsində geri çəkilməsi belə Bakını razı salmır”, - nəşr yazır.
Erməni politoloq Vladimir Martirosyan qeyd edir ki, Vaşinqton danışıqlarının nəticəsi ermənilər üçün sürpriz olacaq:
“Danışıqlardan əvvəl Qarabağ mövzusu artıq bağlanmışdı, Paşinyan bu barədə bütün mümkün yollarla və eyhamlarla dedi. O, parlamentdə çıxış edəndə ki, biz faktiki olaraq bütün imkanları itirmişik, bu, təkcə daxili auditoriyaya deyil, həm də beynəlxalq ictimaiyyətə eyham idi. Paşinyan danışıqlardan əvvəl bəyan edəndə ki, biz nəyin bahasına olursa-olsun, istənilən növ sənədi imzalamağa hazırıq, bu, Paşinyana danışıqlar prosesinə yaxınlaşmağa icazə verildiyinin sübutudur, çünki o, artıq bir çox şeyi, hətta Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını da etiraf edib. Hələ də açıqlanmayan qaranlıq məqamlar var, Ermənistan bununla razılaşıb. Bizim üçün siyasi sürpriz olacaq. Azərbaycan heç bir məsələdə geri çəkilməyəcək, Ermənistan yenidən güzəştlərə məcbur ediləcək. Bu vəziyyəti bir həftəlik danışıqlarla bağlı bəyanat da sübut edir. Bizim üçün ən önəmlisi Ermənistanın hansı yeni güzəştlərə gedəcəyidir”.
Politoloq Suren Zolyan Bakının tələbləri olduğunu bildirib: “Onlar istəyirlər ki, Ermənistan bəyan etsin ki, Qarabağ Azərbaycandır, vəssalam! Məsələ ondadır ki, anklavlar da Azərbaycana qaytarılmalıdır, onlar ora köçməlidirlər və biz təminat verməliyik”.
Turan