Metroya sərxoş halda daxil olmaq istədi: 150 manat cərimələndi
    • 5-05-2023, 15:20
    • 328

Metroya sərxoş halda daxil olmaq istədi: 150 manat cərimələndi

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasına sərxoş halda daxil olmaq istəyən şəxs saxlanılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Metronun girişində xidmət aparan polis əməkdaşları stansiyaya sərxoş halda daxil olmaq istəyən şəxsi saxlayaraq bu vəziyyətdə onu içəri buraxa bilməyəcəklərini bildiriblər. Bu zaman həmin vətəndaş polisin tələbinə qarşı çıxaraq eskalatora doğru hərəkət edib.

Həmin şəxs saxlanıldıqdan sonra Bakı Metropolitenində Polis İdarəsinə aparılıb. Xaçmaz sakini olması müəyyən edilən 41 yaşlı S.A. barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs barəsindəki protokola Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə onu 150 manat məbləğində cərimələyərək sərbəst buraxıb.