Sərxoş kürəkən bıçaqla qayınanasının evinə basqın etdi
    • 19-01-2023, 13:46
    • 328

Sərxoş kürəkən bıçaqla qayınanasının evinə basqın etdi

Gədəbəy rayonunda keçmiş qayınanasının evinə bıçaqla basqın edən şəxs həbs edilib.

News24.az xəbər verir ki, hadisə rayonun Çobankənd kəndində baş verib.

Yanvarın 16-da 1983-cü il təvəllüdlü Z.Piriyev (şərti) sərxoş halda keçmiş həyat yoldaşının yaşadığı və keçmiş qayınanasınına məxsus olan evə gedib. Bu zaman insidentin böyüyəcəyinə görən qadın 102-yə zəng edib.

Hadisə yerinə gələn polis əməkdaşları Z.Piriyevi saxlayaraq Gədəbəy rayon Polis Şöbəsinə aparıblar.

Onun barəsində protokol tərtib edilib və məhkəmənin 16 yanvar 2023-cü il tarixli qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Taleh BAĞIROV