Planetin ən varlıları onlardır - İTİRƏNLƏR VƏ QAZANANLAR - SİYAHI
    • 7-04-2020, 22:39
    • 1 053

Planetin ən varlıları onlardır - İTİRƏNLƏR VƏ QAZANANLAR - SİYAHI

Bu gün "Forbes" jurnalı 2095 milyarderin yer aldığı 34-cü siyahını yayımlayıb. 

News24.az "Lenta.ru"-ya istinadən xəbər verir ki, siyahıya liderliyi 113 milyard dollarla (ötən ildən 18 milyard dollar az) "Amazon"un qurucusu Ceff Bezof liderlik edib. 

Növbəti pillədə il ərzində sərvətinə 1,5 milyard dollar əlavə edən "Microsoft"un qurucusu Bill Qeyts var. O 98 milyard dollarla 2-ci yerdə qərarlaşıb. 

Üçüncü yerdə isə "LVMH Moët Hennessy" şirkətinin sahibi Bernar Arnodur. Onun sərvəti il boyu 76 milyard dolar olaraq dəyişməz qalıb. 

İlk 10 milyarderin sıralaması isə belə davam edir:

4. Uorren Buffett "Berkshire Hathaway" - 67.5 milyard dollar. İl ərzində dəyişiklik: mənfi 15 milyard dollar.

5. Larry Ellison, "Oracle"-ın qurucusu. - 59 milyard dollar. İl ərzində dəyişiklik: mənfi 3,5 milyard dollar.

6. Amancio Ortega, "Zara" şirkətinin qurucusu. - 55.1 milyard dollar İl ərzində dəyişiklik: mənfi 7.6 milyard dollar.

7. "Facebook"-un qurucusu Mark Zuckerberg. - 54,7 milyard dollar. İl ərzində dəyişiklik: mənfi 7,6 milyard dollar.

8. Cim Uolton "Walmart" -  54,6 milyard dollar. İl ərzində  dəyişiklik: əlavə 10 milyard dollar.

9. Elis Uolton "Walmart" - 54,4 milyard dollar. İl ərzində dəyişiklik: əlavə10 milyard dollar.

10. Rob Uolton "Walmart" - 54.1 milyard dollar İl ərzində dəyişiklik: əlavə 9.8 milyard dollar