İran İsveç vətəndaşını edam edib
    • 6-05-2023, 10:13
    • 233

İran İsveç vətəndaşını edam edib

İsveç-İran ikili vətəndaşlığı olan “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab edam edilib.

News24.az xəbər verir ki, onun ölüm hökmü bu səhər icra olunub.

Bildirilir ki, “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın lideri Çaab 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçməkdə ittiham olunub. Bu hadisələrdə 450-dən çox İran vətəndaşının öldüyü qeyd olunur.