Ermənilər TƏŞVİŞDƏ: Sülh sazişi orada imzalansa, Rusiya-ABŞ müharibəsi başlayacaq
    • 6-05-2023, 15:36
    • 465

Ermənilər TƏŞVİŞDƏ: Sülh sazişi orada imzalansa, Rusiya-ABŞ müharibəsi başlayacaq

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək və orada Ermənistan və Azərbaycan liderləri də iştirak edəcək. Müəyyən məlumatlar var ki, ola bilsin ki, həmin gün Vaşinqtonda müzakirə edilən sənəd əsasında Vaşinqtonda adı dəyişdirilən və hazırda Münasibətlərin Tənzimlənməsi Müqaviləsi adlanan sülh sazişi imzalansın. 

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Nikol Paşinyanın bununla kifayətləndiyi görünür, amma Vaşinqtondan sonra heç bir sənədin imzalanmaması üçün dua edənlər var. Çünki bu, ABŞ-Rusiya arasında yeni dünya müharibəsinə, Ermənistanın qalib çıxa bilməyəcəyi münaqişənin yeni cəbhəsinin açılmasına səbəb olacaq”, - nəşr qeyd edir.

Bildirilib ki, Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair sənəd imzalansa, fərqi yoxdur ki, o ABŞ-ın, Rusiyanın, hətta Burkina-Fasonun vasitəçiliyə olsun, Paşinyan bir fiqur olaraq öz nüfuzunu itirir: “Bu isə o deməkdir ki, Paşinyana və onun ailəsinə ən çox üçüncü ölkəyə mühacir kimi köçüb təhlükəsiz yaşamaq üçün həyati təminat verilə bilər”.

Turan