"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Paşinyan
    • 17-11-2021, 18:51
    • 863

"Azərbaycanla sülh sazişi imzalamağa hazırıq" - Paşinyan

"Yeravan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir".

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib.

Paşinyan qeyd edib ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib: "Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.