III Çarlz rəsmən  Böyük Britaniya kralı oldu
    • 6-05-2023, 15:51
    • 330

III Çarlz rəsmən Böyük Britaniya kralı oldu

III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında baş tutub. 

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarxdır.

Qeyd edək ki, tacqoyma mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.