III Çarlzın tacqoyma mərasimi bu tarixdə keçiriləcək
    • 12-10-2022, 14:05
    • 287

III Çarlzın tacqoyma mərasimi bu tarixdə keçiriləcək

Kral III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-na təyin edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Mərasim Kenterberi arxiyepiskopunun rəhbərliyi ilə Londondakı Vestminster abbatlığında baş tutacaq.

Həmin gün III Çarlz ilə birlikdə kraliça yoldaşı Kamilla Parker-Boulzun da tacoyma mərasimi baş tutacaq.