Bu ölkədə tempratur rekordu qırıldı - Əhaliyə xəbərdarlıq
    • 8-05-2023, 09:47
    • 162

Bu ölkədə tempratur rekordu qırıldı - Əhaliyə xəbərdarlıq

Vyetnamda indiyə qədər görülən ən isti temperatur qeydə alınıb.

News24.az xəbər verir ki, havanın temperaturu 44 dərəcədən bir qədər çox olub. Rekord ölkənin şimalındakı Thanh Hoa bölgəsində yenilənib. 

Səlahiyyətlilər əhaliyə günün ən isti saatlarında evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Mütəxəssislər iqlim dəyişikliyinə görə tempratur rekordunun qısa müddətdə qırılacağı qənaətindədirlər. 

Regionun digər ölkələrində də çox yüksək temperatur müşahidə olunub. /Haber Global/