Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri İSTEFA VERDİ
    • 8-05-2023, 11:52
    • 312

Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri İSTEFA VERDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) 36 üzvü istefa verib.

News24.az xəbər verir ki, bu barədə ADR idarə heyətinin üzvü İsmayıl Nəzirlinin yaydığı bəyanatda qeyd edilir.

Vurğulanır ki, buna səbəb ADR rəhbəri Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, o cümlədən, ümumiyyətlə lider keyfiyyətlərinin olmaması, yalnız şəxsi maraqlarını düşünməsi, təşkilata gəlir mənbəyi kimi baxması olub.

Bəyanatda istefaların arta biləcəyi qeyd olunub.