Qubad İbadoğlunun partiyası parçalandı
    • 18-01-2023, 18:24
    • 418

Qubad İbadoğlunun partiyası parçalandı

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı iki yerə bölünür.
 
News24.az xəbər verir ki, bu barədə qaynarinfo-ya qurumun sabiq müavini Səxavət Əlisoy məlumat verib. Səxavət Əlisoy deyir ki, ADRH yaranandan bəri 5 İdarə Heyəti üzvü istefa verib:
 
"İdarə Heyətinin 4 üzvü dünyasını dəyişib. Yerdə qalan 7 təsisçi faktiki olaraq iki cəbhəyə bölünüb. Adil Qeybulla, İbrahim İbrahimli, Ellada Məmmədli və Əlövsət Talışxanlı bir tərəfdə, Qubad İbadoğlu və daha iki nəfər o biri tərəfdə dayanıb”.
 
Sədrin müşaviri, İdarə Heyətinin üzvü Rövşən Dəmirli Qaynarinfo-ya açıqlamamasında qurumun ikiyə bölünmədiyini vurğulayıb:
 
"Hər şey öz axarında gedir. Hərəkatın İdarə Heyəti buraxılmayıb, sadəcə təyinatlı orqanlar sədrin sərəncamı ilə buraxılıb. Hərəkatın İdarə Heyəti də öz yerindədir. Səxavət Əlisoy istisna olmaqla, heç kim istefa verməyib. Bu məlumatları yayanlar ADRH-in güclənməsini istəməyənlərdir”.