-
- 8-05-2023, 12:44
- 532
İpoteka ilə ev almaq istəyənlərin nəzərinə! - QİYMƏTLƏR
Bu gün Azərbaycanda ipoteka ilə mənzil sahibi olmaq istəyənlərin sayı həddən artıq çoxdur. Amma ipoteka şərtləri o qədər ağırdır ki, hətta külli borc müqabilində mənzilə sahib olanlar özlərini xoşbəxt hesab edir.
News24.az xəbər verir ki, ipoteka əslində mənzilləri əlçatan etməlidir, amma, əksinə olur. İpoteka kreditləri verilməyə başlandığı andan mənzillərin qiyməti bir anda kəllə-çarxa çıxır. Həm də bu kreditlər o evlər üçün nəzərdə tutulur ki, onların çıxarışı olsun.
Məsələ burasındadır ki, paytaxtda çıxarışı olmayan binalar da çoxdur. Müqavilə əsasında satılan bu evlərin qiyməti nisbətən münasibdir. Amma bu mənzillər ipoteka kreditinə düşmür. Halbuki müqavilə ilə satılan mənzillərlə çıxarışlı mənzillər arasındakı yeganə fərq elə o bir parça kağızdadır.
Paytaxtda belə binalar çox olduğundan vətəndaşlar bəzən tapdıqları mənzilləri çıxarışın olmaması səbəbindən ipoteka ilə ala bilmirlər.
Bankların riskləri azaltmaq cəhdləri vətəndaşlara baha başa gəlir. Misal üçün Musabekov heykəli ətrafında son illər çoxmərtəbəli binalar tikilib. Amma bu binalardakı mənzillərin çıxarışlı və ya çıxarışsız olması qiymətləri dəyişir. Çıxarışlı mənzillər bu ərazidə 1800-2000 manata təklif edilirsə, çıxarışsız və ya müqaviləli mənzillərin qiyməti 1500 manatdır.
Yeni Günəşlidə mənzillər nisbətən ucuz satılır. Burada çıxarışlı mənzillərin qiyməti 1300-1400 manat, müqaviləli mənzillər isə 1000 manata təklif olunur.
Ətraflı İTV-nin videomaterialında izləyə bilərsiniz: