-
- 15-02-2019, 14:55
- 959
Bu sistemin tədbiqinə ilk olaraq Quba və Şəkidə start veriləcək
Gələn həftədən pilot olaraq seçilmiş rayonlarda fermerlər öz məlumatlarını sistemə daxil etməyə başlayacaqlar
“Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə gələn həftədən başlanacaq. artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Gələn həftədən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək”.
News24.az xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.
Nazirlik rəsmisi bildirib ki, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: “Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq”.
Vüqar Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf Mərkəzlərində, ASAN Xidmət Mərkəzlərində, Səyyar ASAN Xidmətlərdə aparılacaq: “Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə aktiv olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq”.
Nazirlik rəsmisi bildirib ki, yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır: “Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.
//News24.az