Xidmət sahəsinə ƏDV gəlir: Qiymət artımı olacaq?
Sosial
Gələn il yanvarın 1-dən ölkədə bir sıra xidmət sahələri əlavə dəyər vergisi (ƏDV) sisteminə keçəcək. Bu dəyişikliklər əsasən gözəllik salonları, bərbərxanalar, avtomobil satış məntəqələri, kafe və restoranlar da daxil olmaqla bir sıra xidmət sahələrinə şamil ediləcək.
News24.az xəbər verir ki, sahibkarlar bunun qiymət artımına səbəb ola biləcəyini istisna etmirlər. İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, mikro və kiçik sahibkarlar əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmamalıdır. Onun sözlərinə görə, əks halda bu, mikro və kiçik sahibkarların vergi yükünün ağırlaşmasına gətirib çıxara bilər.
Daha ətraflı RTV-nin videomaterialında:
Vüqar Cəfərov