Əfv olunan yeniyetmə azadlığa ÇIXDI
    • 8-05-2023, 14:08
    • 165

Əfv olunan yeniyetmə azadlığa ÇIXDI

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində də icra edilib.

News24.az  xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 1 yetkinlik yaşına çatmayan şəxsə şamil edilib. Həmin şəxs azadlığa buraxılıb.