Əli İnsanov azadlığa buraxılıb - FOTO
    • 17-03-2019, 13:06
    • 1 000

Əli İnsanov azadlığa buraxılıb - FOTO


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Binəqədi rayonundakı 11 saylı cəzaçəkmə müəssisəsində də icra olunub. 

News24.az ONA-ya istinadən xəbər verir ki, məlumatına görə, bu cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.  Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.

Azadlığa buraxılanlar arasında sabiq səhiyyə naziri Əli İnsanov da var.
Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub