Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək
    • 15-02-2019, 15:17
    • 803

Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək

Martın 6-da “JW Marriott Absheron Baku” hotelində üçüncü “SHE Congress” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq tədbiri keçiriləcək.

News24.az xəbər verir ki, konqres “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, Azərbaycan Respublikasında qadın sahibkarlığının inkişafına verdiyi dəstəyə görə “Tərəqqi” medalına layiq görülən Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən təşkil olunur. Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.

Forum ənənəvi olaraq qadın liderliyi mövzusuna xüsusi diqqət ayıran “PASHA Bank”, “Mastercard” və “Coca-Cola” kimi tərəfdaşların dəstəyilə keçirilir.

Tədbirdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır:

https://shecongress.sqiffer.com/