Aşıq Zülfiyyə İbadovanın restoranı bağlanıb.
News24.az xəbər verir ki, ifaçı bu haqda "Günaydın, Azərbaycan" proqramında deyib. O bildirib ki, yay mövsümü yaxınlaşdığı üçün məkanı bağlamaq qərarına gəlib:
"Qapalı yerdir, ona görə də tətilə yollandıq. Bir də sentyabrda açacağam".
Qeyd edək ki, Zülfiyyənin oğlu Babək Quluzadə bir neçə gün əvvəl açıqlamasında restoranlarında bir məşhura görə dava düşdüyünü demişdi.