Şəkidə toyda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
    • 27-08-2019, 17:09
    • 1 121

Şəkidə toyda kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən News24.az-a  bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Onları müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.