İranda SEPAH zabiti öldürüldü
    • 8-05-2023, 17:00
    • 255

İranda SEPAH zabiti öldürüldü

Güney Azərbaycanın Üskü şəhərindən olan SEPAH zabiti Əmir Rza Fəqiri Beyrami öldürülüb. 

News24.az xəbər verir ki, bu barədə SEPAH quru qüvvələrinin Təbrizdə yerləşən Aşura qərargahı məlumat yayıb.

Zabitin ölkənin şimal-qərb sərhəddində öldürüldüyü və mayın 7-də Üskü şəhərində dəfn olunacağı bildirilib.

Hadisənin təfərrüatı və zabitin hansı şərayitdə öldürülməsi barədə açıqlama verilməyib./musavat.com/