Suriyada daha bir SEPAH zabiti öldürüldü
    • 23-08-2022, 12:06
    • 662

Suriyada daha bir SEPAH zabiti öldürüldü

İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərkibində quru qoşunlarının zabiti Əbülfəzl Əlicani Suriyada öldürülüb.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı bildirib. 

Xəbərə görə, Əlicani Suriyada hərbi məsləhətçi kimi çalışırmış. SEPAH zabitinin avqustun 22-i səhər saatlarında öldürüldüyü bildirilir.

Əslən İsfahan əyalətinin Dərçə şəhərindən olan zabitin öldürülməsini İran rəsmi şəkildə təsdiq etsə də, onun hansı şəraitdə öldürülməsinin təfərrüatı açıqlanmır.