-
- 9-05-2023, 11:09
- 715
Dünyada ərzaq qiymətləri BAHALAŞDI - Azərbaycanda necə olacaq? - PROQNOZ
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, aprel ayında dünya bazarında ərzaq qiymətləri şəkər, ətin və düyünün bahalaşması fonunda son bir ildə ilk dəfə bahalaşıb. Bu ilin aprel ayında ərzaq qiymətləri indeksi 127,2 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,6% çoxdur. Ötən ilin aprel ayı ilə müqayisədə qiymətlər 19,7% aşağı olub. Bildirilir ki, dünyada ərzaq məhsullarının qiymətinin artmasına səbəb olan əsas amillər şəkər, ət və dənli bitkilərin, xüsusilə də düyünün kotirovkalarının artması olub.
Aprel ayında ətin qiymət indeksi 1,3% artsa da, illik ifadədə 6,1% azalıb. Lakin apreldə şəkər mart ayı ilə müqayisədə 17,6% baha olub. Eyni zamanda, şəkər kotirovkalarının artımı ardıcıl üç aydır ki, davam edir. Bu, Hindistan və Çində şəkər istehsalının azaldılması, eləcə də Tayland və Avropa İttifaqında aşağı istehsal templəri ilə bağlı proqnozlar fonunda baş verib.
Dünya bazarında ərzağın qiymətinin bahalaşması Azərbaycana necə təsir göstərəcək? Xüsusilə də dünyadakı artım fonunda ətin, şəkərin, düyünün və ya başqa hansısa məhsulun bahalaşması müşahidə oluna bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, FAO-nun ərzaq qiymətləri indeksi ilə bağlı açıqlaması, xüsusilə də açıqlanan rəqəmlər Azərbaycanla heç cür uyğun gəlmir: “Çox qəribə haldır ki, Azərbaycan sanki kənd təsərrüfatı məhsullarında qlobal bazarın elementi kimi çıxış etmir. Ən aşağı halda 4 ay fərqlə reaksiya verir. Dünya bazarında indekslər enir, Azərbaycana isə gec təsir edir. Eyni zamanda kifayət qədər məhsulun qiyməti dünya bazarlarında aşağı düşdüyü halda Azərbaycanda bu baş vermir. FAO 6 aydan çoxdur ki, indeksi aşağı salır. Hər dəfə açıqlayırlar ki, dünya bazarında ərzaq qiymətləri düşür. Amma Azərbaycanda bu gec baş verir və ya heş baş vermir. Uyğunluq çox nadir hallarda olur. Bunun səbəbi tam rəqabətli bazarın olmamasıdır. 5-6 ay sonra qiymət düşür. Bu, ciddi sual doğurur. Səbəb həm də idxalda olan problemlərlə bağlıdır. Bu gün kənd təsərrüfatı məhsullarının idxaldan asılı olan hissəsi ölkənin təminatı olma məsələsində qiymətlərdə ciddi problemlər yaradır. Ümumiyyətlə, təchizatda və idxalda bir növ tam sərbəst bazar rəqabətinin olmaması əsas səbəbdir, buna görə də adekvat reaksiya vermirik”.
Ekspert qiymət artımında pandemiyanın rolunun böyük olduğunu söyləyib: “Ümumdünya Səhiyyə Təşkilatı son üç ildə insanlara ən böyük zərər vuran beynəlxalq qurum oldu. ÜST pandemiya ilə bağlı o qədər sərt qərarlar verdi ki, bitdiyini elan etsələr də iqtisadiyyat yaxın 3-4 il ərazində özünə gəlməyəcək. Pandemiyadan daha çox iqtisadi vəziyyət insanlara zərər verdi. Yaranmış iqtisadi tənəzzül kasıb ölkələrdə aclıq səviyyəsini artırdı. Ərzaq problemlərini o qədər artırdı ki, acından ölən insanların sayı da artdı. Dünya üzrə istər intihar, istər münaqişələr, istərsə də tibbi problemlər olsun, hamısının kökündə pandemiya zamanı qapanmalar nəticəsində dünya iqtisadiyyatında yaranmış böhran durur.
Biz bunu FAO-nun rəqəmlərində də görə bilirik. ÜST və FAO BMT-nin alt qurumlarıdır. Onların verdiyi açıqlamalar və proqnozlar dünyada əsas çəkiyə malikdir və aparıcı düzən formalaşdırır. Amma təəssüf ki, bu belədir. Çünki görünən odur ki, beynəlxalq qurumlar artıq müəyyən dairələr tərəfindən idarə olunur və obyektiv proqnozlar və yanaşma sərgiləmirlər. Bunun da nəticəsini bütün insanlar çəkir”.
E.Əmirov hesab edir ki, 2022-ci ilin aprel-may ayları yaddaşlarda son 50 ilin ərzaq təhlükəsizliyinə ən ciddi təhdid yaradan dövrü olaraq qalacaq. Onun sözlərinə görə, dünyanın 2019-cu ilin iqtisadi göstəricilərindən inflyasiya tempinə qayıtması üçün azı 3-4 il lazım olacaq.
Turan