Rusların 80 ildir gizlətdikləri FAKT – Tarixçi alim bu şəhərimizlə bağlı GİZLİNLƏRİ AÇDI
    • 9-05-2023, 15:51
    • 293

Rusların 80 ildir gizlətdikləri FAKT – Tarixçi alim bu şəhərimizlə bağlı GİZLİNLƏRİ AÇDI

“Azərbaycan İkinci Dünya müharibəsində bir çox istiqamətdə iştirak edib. İnsan faktorundan tutmuş texnika, təbii sərvətlər, qızıl, gümüş, pul, ərzaq, geyim və s. ilə SSRİ-nin faşizm üzərində qələbəsinə birbaşa səbəb olub. Ruslar Stalinin, Mikoyanın və Baqramyanın göstərişi ilə Azərbaycanın bütün fəaliyyətini gizlətməyə çalışmışdılar. Məhz Bakıya qəhrəman şəhər adı verilməməsinə də bu üçlük səbəb olub”. 

News24.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O qeyd edib ki, neçə-neçə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adından mərhum edilib, insanların zəhməti gizlədilib. 

Alim vurğulayıb ki, gizlədilən faktlardan biri də sovet əsgərlərinin döyüşdə yaralarının sağalmasına birbaşa kömək olan Naftalan neftinin əhəmiyyəti olub: “1917-ci ildə dünyada baş verən  siyasi proseslər Naftalana da öz təsirini göstərmişdi. Ölkədə yaşanan siyasi münaqişələrə görə Naftalandakı mədən və təsislər tamamilə xarabaya çevrilmişdi. Ancaq 1929-cu ildə rus alim V.Aleksandrov rəhbərliyindəki bir qrup araşdırmaçı elm adamı Naftalana göndərildi. O dövrdən etibarən Naftalandan bir şəfa mərkəzi kimi yararlanılmağa başlanılmışdı. Naftalan nefti və neftdən emal olunan qətransızlaşdırılmış məlhəmlər 1939-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı hərbi tibb ocaqlarında uğurla istifadə olunub. Yən Birinci Dünya müharibəsində almanların və yaponların yarasına məlhəm olan  Naftalan nefti İkinci Dünya müharibəsində də sovet ordusunun xilasına kömək olub. 

Bunu heç bir rus və sovet tarixçisi yazmayıb. Bu faktı gizlədiblər. Amma daha zaman o zaman, alimlər də o alimlər deyil. İkinci Dünya müharibəsində bir əsgər, zabit və sıravi vətəndaş yaralardan sağalıbsa, bunda Naftalan neftinin əhəmiyyəti çox böyük olub”.

Turan