Məşhur müğənni səhnədən yıxıldı - xəstəxanalıq oldu - VİDEO
    • 10-05-2023, 11:01
    • 254

Məşhur müğənni səhnədən yıxıldı - xəstəxanalıq oldu - VİDEO

Məşhur müğənni Kibariyenin başına iş gəlib.

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, Mersində qaraçıların yaşadığı Turqut Rəis məhəlləsində konsert verən müğənni səhnədən yıxılıb. Kibariye fanatlarını səhnəyə yaxınlaşmağa dəvət edib. Bundan sonra sənətçiyə naməlum şəxs yaxınlaşmağa çalışıb, lakin mühafizəçi sənətçini qorumaq istəyib. O, bilmədən ifaçıya toxunub və müğənni tarazlığını saxlaya bilməyərək səhnədən yıxılıb. Hadisə nəticəsində huşunu itirən Kibariye xəstəxanaya aparılıb.

Sənətçinin səhhəti ilə bağlı Səhiyyə naziri Fahrettin Koca açıqlama verib: “Sənətçimiz Kibariye səhnədə baş verən xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin şəhər xəstəxanasında davam edir. O, bir müddət müşahidə altında saxlanılacaq. Sonra isə evə buraxıla bilər".

Qumral Əliyeva