Tarkan ailəsinə görə səhnədən imtina etdi
    • 22-09-2018, 16:30
    • 1 062

Tarkan ailəsinə görə səhnədən imtina etdi

Məşhur müğənni Tarkan  konsertindən imtina edib.

News24.az xəbər verir ki,  müğənni yeni dünyaya gələn qızı Liyaya görə belə bir qərar verib

Müğənni qızı ilə daha çox vaxt keçirmək üçün hər il 10 gün davam edən konsert proqramından imtina edib.

Hazırda Almaniyada yaşayan müğəninin oktyabr ayında Harbiyedə açıq hava konsert proqramı ilə pərəştişkarlarının qarşısına çıxacağı gözlənilirdi. Məlumata görə, o, son anda  konsert verməkdən imtina edib.

Müğənni bu qərarından sonra 10 günlük konsert üçün birlikdə işlədiyi 10 nəfərlik musiqi qrupunun pulunu ödəyib.