-
- 10-05-2023, 14:54
- 376
Bir saat davam edən görüş: Heydər Əliyev ondan sonra… – Sabiq nazir 33 il sonra AÇIQLADI
“Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Mən həyatda çox xoşbəxtəm ki, 6 ildən bir qədər çox vaxt ərzində dünya siyasət meydanında öz möhürünü vurmuş dahi bir rəhbərin idarəçilik məktəbini keçdim. Bu məktəbdə əldə etdiyim təcrübəni dünyanın heç bir yerində, heç bir məktəbində əldə etmək mükün deyildi. Bu, mənə qismət oldu”.
News24.az xəbər verir ki, bu sözləri 1994-99-cu illərdə Azərbaycanın maliyyə naziri olmuş Fikrət Yusifov deyib.
Sabiq nazir Heydər Əliyevin 1987-ci ildə Moskvada vəzifədən uzaqlaşdırıldıqdan sonra onun nə vaxtsa geriyə dönüb yenidən Azərbaycana rəhbərlik etməsini çox arzuladığını dilə gətirib: “Dahi siyasətçinin vətənə dönüşündən sonra, 1990-cı ildə Naxçıvana gedib, onunla görüşdüm. Bir saata qədər çəkən görüşün sonunda onun dediyi “mən Bakıya qayıdacam, özü də mütləq qayıdacam” sözlərinin məndə oyatdığı bənzərsiz təəssüratla Bakıya döndüm. Heydər Əliyev dedi və öz sözünü tutdu. O, Bakıya döndü və Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi”.
Fikrət Yusifov Heydər Əliyev Bakıya dönən zaman maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdığını xatırladıb: “O, məni təxminən bir ildən sonra ölkənin maliyyə naziri vəzifəsinə təyin etdi. O çətin vaxtlarda elə gün olurdu ki, mən ali rəhbərin yanında 2-3 dəfə olur və gün ərzində dəfələrlə telefonla danışırdıq. O, naşı idarəçilərin çox çətin bir duruma saldıqları gənc dövləti addım-addım bataqlıqdan çıxarırdı. Ulu öndərin xatirəsi bizlərin və bizdən sonra gələcək nəsillərin qəlbində əbədi olaraq yaşayacaq”.
Turan