Paşinyan Brüsselə getməkdən İMTİNA EDİR?
    • 11-05-2023, 11:37
    • 291

Paşinyan Brüsselə getməkdən İMTİNA EDİR?

“Üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərimi ləğv etmək niyyətində deyiləm”.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, mayın 14-də sülh sazişinin imzalanması ehtimalı azdır: “Çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir. Onu imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim vəzifəmiz var ki, sənədi mümkün qədər tez hazırlayıb imzalayaq”.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Ordumuz cavab tədbirləri görür.

Turan