Daşkəsənə dolu yağıb
    • 4-05-2023, 20:15
    • 210

Daşkəsənə dolu yağıb

Gəncə və ətraf rayonlarında höküm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

News24.az xəbər verir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə ərzində rayonun Dəsdəfur kəndinə dolu düşüb.

Həmçinin güclü yağış nəticəsində Quşçu kəndinə sel gəlib.

Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.