Qaxa dolu yağdı
    • 25-05-2022, 22:26
    • 380

Qaxa dolu yağdı

Qax rayonuna dolu yağıb.

News24.az Report-a istinadən xəbər verir ki, dolu əsasən şəhər ərazisinə və bir neçə kəndə düşüb.

Təqribən bu gün axşam saat 21:30-dan etibarən yağmağa başlayan dolu 10 dəqiqə müddətində davam edib. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, şimal-qərb bölgəsində dünəndən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib.