Moskvada təyyarə reysləri kütləvi şəkildə təxirə salındı
    • 12-05-2023, 09:52
    • 173

Moskvada təyyarə reysləri kütləvi şəkildə təxirə salındı

Moskvada hava limanlarında reyslərin kütləvi şəkildə ləğvi və ləngiməsi baş verib. 

News24.az xəbər verir ki, 21 təyyarənin uçuşu qrafikdə uyğun olmayıb. 

Məlumatlara görə, Vnukovo hava limanında iki reys gecikib, altı reys ləğv edilib. Şeremetyevoda bir təyyarənin uçuş vaxtı dəyişdirilib. Domodedovoda daha yeddi təyyarənin uçuşu gecikib, beşinin uçuşu ləğv edilib.

Jukovskidə isə cədvəldə gecikmələrin olması barədə məlumat yoxdur. /Lenta.ru/