Elxan Qasımovun son durumu açıqlandı:
    • 12-05-2023, 11:40
    • 602

Elxan Qasımovun son durumu açıqlandı: "Həkimlər bildirib ki..."

Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.

News24.az xəbər verir ki, sənətçinin qızı Kəmalə Qasımova “Report”a bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb: “Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmir”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.