Azərbaycanda həyətdən qaçan inək maşının üstünə çıxdı- VİDEO
    • 12-05-2023, 12:57
    • 308

Azərbaycanda həyətdən qaçan inək maşının üstünə çıxdı- VİDEO

Sosial şəbəkələrdə rayonlardan birində həyətdən qaçan inəyin minik avtomobilinə ziyan vurmasını əks etdirən görüntülər yayılıb.

News24.az xəbər verir ki, iribuynuzlu heyvan qaçaraq “Kia Cerato” markalı avtomobilin üstünə çıxıb. Nəticədə avtomobilin ön hissəsi zədələnib, alın şüşəsi və sürücü idarəetmə paneli yararsız hala düşüb.

Mütəxəssislər bildirirlər ki, bu kimi hadisələrdə avtomobilin yalnız kaska sığortası olduqda nəqliyyat vasitəsinin sahibinə sığorta ödənişi edilir.