-
- 19-05-2024, 14:52
- 196
Səudiyyə kralı xəstəxanaya yerləşdirildi
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud yüksək hərarət və oynaq ağrıları səbəbilə Ciddədəki xəstəxanada tibbi müayinədən keçib.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.
"İki Müqəddəs Ocağın xadimi Kral Salman bin Əbdüləziz əs-Səudun bazar günü tibbi müayinədən keçməsinə qərar verilib. Yüksək hərarət və oynaq ağrılarından əziyyət çəkən kral mayın 19-da Ciddə Kral Əs-Salam Sarayı Xəstəxanasına yerləşdirilib. Müalicə aparan həkim qrupu onun səhhətini yoxlamaq və narahatlığa səbəb olmadığına əmin olmaq üçün bir sıra müayinələr keçirməyi qərara alıb", - məlumatda qeyd olunub.