-
- 19-05-2024, 14:06
- 211
XİN 19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi “19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı” ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.
News24.az xəbər verir ki, paylaşımda bildirilir:
“19 may-Atatürkü Anma, Gənclik və Sport Bayramı nda qardaş Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin hörmətlə anır, qardaş ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Bayramınız mübarək!”