Ermənistan  Zod istiqamətində zərbə PUA-ları tətbiq edir - MN
    • 12-05-2023, 13:49
    • 255

Ermənistan Zod istiqamətində zərbə PUA-ları tətbiq edir - MN

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

News24.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur", məlumatda deyilir.