-
- 29-07-2021, 10:37
- 546
Kəlbəcər istiqamətində təxribat törədən erməni hərbçi yaralandı
Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.
News24.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə iyulun 29-da səhər saatlarında baş verib.
Qeyd edək ki, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.
Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.