Şərurda yaşayış binası yandı - Video
    • 12-05-2023, 14:47
    • 378

Şərurda yaşayış binası yandı - Video

Şərurda yaşayış binasında yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 48m² olan ikiotaqlı mənzilin bir otağı 18m² sahədə yanıb, mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.