Binəqədidə yaşayış binasında yanğın
    • 28-10-2021, 09:45
    • 320

Binəqədidə yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın hadisəsi olub. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.