İnsanın şəxsi həyatının iş uğuruna təsiri sübut edildi
    • 12-05-2023, 16:52
    • 290

İnsanın şəxsi həyatının iş uğuruna təsiri sübut edildi

Çox zaman şəxsi həyatda bədbəxt olan insanlar karyerada xoşbəxt olmağa çalışır. Amerikalı alimlərin son araşdırması göstərib ki, bu, çıxış yolu deyil. Şəxsi həyatında xoşbəxtlik tapmayan insanlar onu nadir hallarda işlərində tapırlar.

News24.az xəbər verir ki, alimlər 1967-2008-ci illər arasında aparılmış 223 tədqiqatın nəticələrini təhlil ediblər. Bu tədqiqatlar iş və həyat məmnunluğu üçün müxtəlif variantları əhatə edib.

Araşdırmanın müəllifi, psixoloq Natan Boulinqin sözlərinə görə, şəxsi həyatdan məmnunluqla işdə uğur arasında əlaqə var.
Alimlər işdən həzz alan insanların həyatın digər sahələrində xoşbəxt olub-olmaması ilə maraqlanıb. Onlar kolleqalarla münasibətlər, əmək haqqının miqdarı, karyera imkanları və işin xarakteri də daxil olmaqla, razılığın bir neçə amilini qiymətləndirdilər.

Nəticədə müəyyən olunub ki, işdən məmnunluq 100% olaraq insanı xoşbəxt etmir. Çox vaxt həyatın digər sahələrində mənfi münasibətin işə keçməsi halları olur. Yəni şəxsi həyatda xoşbəxtlik qurmağın mümkünsüzlüyündən yaranan qıcıq qismən işçinin işinə təsir edir.

Kaliforniya Universitetinin psixoloqları müasir insanların nə qədər xoşbəxt olduğunu anlamağa çalışıblar. Onlar belə nəticəyə gəliblər ki, xoşbəxtlik getdikcə müvəqqəti və əlçatmaz bir arzuya çevrilməkdədir, bir neçə nəsil əvvəl insanlar indikindən qat-qat xoşbəxt idilər.

Texnologiyanın sürətli inkişafı nəsil fərqini daha da artırır. Yaşlı insanlar, dövrümüzün ən bədbəxt kateqoriyasıdır. Onlar müasir dünya ilə ayaqlaşmırlar və məyusluğu daha kəskin hiss edirlər./medicina/