"Nə anam qaldı, nə bacım" - Məşhur müğənni üsyan etdi
    • 16-02-2019, 14:21
    • 972

"Nə anam qaldı, nə bacım" - Məşhur müğənni üsyan etdi

Türkiyənin məşhur bərbər-müğənnisi Kemal Doğulu ona sosial şəbəkə üzərindən söyüşlər yağdıranlara qarşı üsyan etməyə başladı.

Doğulu bu barədə danışaraq, bundan sonra onu söyənlərə qarşı amansız davranacağını bildirdi. Müğənni bu vaxta qədər susub, səbr etdiyinin xeyri olmadığını dilə gətirərək, bundan belə ünvanına söyüş söyənləri qanuni yolla cəzalandırılıması üçün əlindən gələni edəcəyini deyib:

"Susdum, səbr etdim, mədəniyyət göstərdim, gördüm ki, yararı yoxdur. Nə anam qaldı, nə bacım - söyşlərə məruz qaldım. Bu hal hələ də davam edir. Bundan sonra susmayacam! Ünvanıma deyilən xırda təhqir sahibini belə cəzalandıracam, lazım gələrsə, əynindəki son paltarlarına qədər alacam! Hər kəs həddini bilməlidir"!

News24.Az