Məşhur stilistin 2 dəfə ürəyi dayandı
    • 19-11-2018, 16:36
    • 835

Məşhur stilistin 2 dəfə ürəyi dayandı

Stilist və DJ Kemal Doğulu 2016-cı ildə intihar etməsi xəbərlərinə aydınlıq gətirib. 

News24.az xəbər verir ki, uzun zamandır televiziya proqramlarında görünməyən K.Doğulu qardaşı ilə küsülü olması haqda da danışıb:

“2016-cı ildə çox ağır günlər yaşadım. Öldüm... 2 dəfə ürəyim dayandı. Elektroşokla həyata qayıtdım. Haqqımda “Borcu var, intihar etdi”, “Qardaşı ilə küsülüdür, kimsə pilləkənlərdən itələyib” kimi sözlər dedilər. Bunlar tamamilə yalandır. Qardaşımla küsülü olmağım mümkün deyil.

Binanın 3-cü mərtəbəsindən yıxıldım, 3 saat sonra məni tapdılar. 

İntihar etsəydim özümü pilləkənlərdən atardım? Həyatım boyu heç vaxt depressiyaya girməmişəm. Heç vaxt şöhrət marağında olmamışam. 15 gün reanimasiyada qaldım. Xəstəxanadan çıxdıqdan sonra isə həmin evdən köçdüm. Artıq insanlarada daha çox “Səni sevirəm” deyirəm”. 

O, həkimlərin onun sağalmasına inanmadığını da dilə gətirib:

“Həkimlər ailəmə yaşamayacağımı deyiblər. Özümə gəldiyimdə ailəm yanımda idi. İlk sözüm isə mənə nə oldu? Mən hardayam? oldu. Həmin 15 gün ərzində ağ işığı gördüm”.