Nadirin instaqram profilini oğurladılar
    • 15-05-2023, 10:34
    • 310

Nadirin instaqram profilini oğurladılar

Müğənni Nadir Qafarzadənin instaqram profili oğurlanıb. 

News24.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, ötən gün səhər yuxudan oyananda sosial şəbəkə profilinin olmadığını görüb:

"Düşündüm ki, bu necə ola bilər? Həm də göy işarə olan səhifədə. İnstaqram tərəfindən səhifəm qorunursa, bu, necə olur? Sonra müraciət etdim və səhifəm qaytarıldı".

Qeyd edək ki, Nadirin instaqramda 721 min izləyicisi var