Şəhid aviatorlar, qadın təyyarəçilər, Bakıda ilk uçuş - FOTOLENT
    • 15-05-2023, 15:03
    • 362

Şəhid aviatorlar, qadın təyyarəçilər, Bakıda ilk uçuş - FOTOLENT

Azərbaycan Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərir. Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edir.

News24.az xəbər verir ki, muzeyin yaradılması təşəbbüsü ilə Ulu öndər Heydər Əliyev çıxış edib. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirib.

Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaradıb.

2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilib.

News24.az Azərbaycan Mülki Aviasiya Muzeyindən görüntüləri təqdim edir: 

Teymur MƏMMƏDOV