-
- 16-05-2023, 15:48
- 221
"Heç bir ölkədə orta ixtisas təhsili yoxdur" - Nazir müavini
"Qanunvericilikdə orta ixtisas pilləsi anlayışı var, lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur. Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır".
News24.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, bu faktorları nəzərə almaq lazımdır, çünki bu çərçivə qəbul edilirsə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməlidir, ona görə də yanaşma dəqiqləşdirilməlidir.
"Onu da qeyd edim ki, Milli Məclisdə "Ali təhsil haqqında" Qanun layihəsi müzakirə edilir. Orada maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var. Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda, ali təhsilin pilləsi kimi orta ixtisas təhsil pilləsi olmayacaq"./modern.az/