Gəncədə minik avtomobili yanıb
    • 17-05-2023, 01:33
    • 239

Gəncədə minik avtomobili yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

News24.az-ın yerli məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

“Opel” markalı minik avtomobili anidən yanmağa başlayıb. Əraziyə FHN yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Avtomobil söndürülüb.